Bank Of Baku

“Neftçi” Rauf Əliyevlə müqavilə bağlayıb

“Neftçi” Rauf Əliyevlə müqavilə bağlayıb
# 10 iyun 2019 18:07 (UTC +04:00)

Bakının “Neftçi” futbol klubu növbəti transferini reallaşdırıb. 

APA-nın komandanın saytına istinadən məlumatına görə, “ağ-qaralar” Rauf Əliyevlə 1 illik müqaviləyə imza atıb. 

30 yaşlı hücumçu komandanın heyətində 19 nömrəli formanı geyinəcək.

Bunadək “Qarabağ” (2006-2013), “Bakı” (2013-2014), “Xəzər Lənkəran” (2014), “İnter” (2015-2017), “Kukesi” (Albaniya, 2017-2018), “Qəbələ” (2018-2019) klublarında çıxış etmiş Rauf Əliyev 2015-ci ildə “Neftçi”nin heyətində 11 oyunda meydana çıxıb. 2009-cu və 2019-cu illərdə Azərbaycan Kubokunun qalibi olub. Milli komandanın heyətində 45 oyun keçirib, 7 qol vurub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl serbiyalı müdafiəçi Voislav Stankoviçlə 2 il müddətinə müqavilə bağlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR