Bank Of Baku

"Neftçi" serbiyalı müdafiəçi ilə 2 illik müqavilə imzalayıb

"Neftçi" serbiyalı müdafiəçi ilə 2 illik müqavilə imzalayıb
# 04 iyun 2019 20:29 (UTC +04:00)

"Neftçi” mövsümlərarası dönəmdə ilk transferini həyata keçirib. 

Klubdan APA-ya verilən məlumata görə, "Qəbələ"dən ayrılan serbiyalı futbolçu Voislav Stankoviçlə 2 il müddətinə müqavilə bağlanıb. 

31 yaşlı müdafiəçi "ağ-qaralar"ın heyətində 6 nömrəli formanı geyinəcək.

Sonuncu klubu "Qəbələ” (2015-2019) olan Stankoviç Serbiyanın "Dinamo” (Vranye, 2006-2008), OFK (2008-2009), "Partizan” (2009-2015) və Azərbaycanın "İnter” (2015-2016) komandalarında çıxış edib. Serbiya çempionatının (2010, 2011, 2012, 2013), kubokunun (2011) və Azərbaycan kubokunun (2019) qalibi olan futbolçu 2010-cu ildə Serbiya milli komandasında 1 oyun keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR