Fransanın PSJ klubu İspaniya millisinin futbolçusu David de Xeanı heyətinə qatmağa qərar verib.
APA-nın məlumatına görə, Paris təmsilçisi 28 yaşlı qapıçı üçün İngiltərənin “Mançester Yunayted” klubuna 67 milyon avro verməyə hazırdır.
Mançesterlilər qolkiperin müqaviləsinin 2020-ci ilin yayında başa çatdığı üçün təklifi qəbul etmək barədə düşünür. Çünki D.De Xea bir ildən sonra azad agent kimi də klubu tərk edə bilər.
Parislilər Hollandiya millisinin və “Ayaks”ın müdafiəçisi Mateys De Liqtin transferində də maraqlıdır. PSJ gənc istedad uğrunda İspaniya “Barselona”sı və İtaliya “Yuventus” klubları ilə mübarizə aparmalıdır. Fransalılar müdafiəçi üçün kluba 80, futbolçunun özünə ildə 12 milyon avro ödəməyə razıdır.