Fransanın PSJ klubu növbəti transferini reallaşdırıb.
APA-nın məlumatına görə, Paris təmsilçisi İspaniyanın “Sevilya” klubunun futbolçusu Pablo Sarabiyanı heyətinə qatıb.
27 yaşlı yarımmüdafiəçinin keçidi 18 milyon avroya başa gəlib. Futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, ispaniyalı futbolçu 2018/19 mövsümündə “Sevilya”nın heyətində 45 oyuna 19 qol vurub.