Bank Of Baku

“Qarabağ”ın II təsnifat mərhələsindəki mümkün rəqibi müəyyənləşib

“Qarabağ”ın II təsnifat mərhələsindəki mümkün rəqibi müəyyənləşib
# 19 iyun 2019 14:11 (UTC +04:00)

Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklardakı növbəti mümkün rəqibi bəlli olub.

APA-nın məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasında II təsnifat mərhələsində "Dandalk" (İrlandiya) - "Riqa" (Latviya) cütünün qalibi ilə qarşılaşa bilər.

Bunun üçün Qurban Qurbanovun yetirmələri ilk raundu uğurla adlamalıdır. Təmsilçimiz öncə Albaniyanın “Partizani” klubu ilə görüşəcək.

II təsnifat mərhələsinin oyunları iyulun 23-24 və 30-31-də təşkil olunacaq. “Qarabağ”ın yer aldığı cütün qalibi ilk qarşılaşmanı səfərdə keçirəcək.

Qeyd edək ki, “Qarabağ”ın “Partizani” ilə səfərdəki matçı iyulun 9-da və ya 10-da, ev oyunu 16-da və ya 17-də baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR