Bank Of Baku

“Qəbələ” Gürcüstan yığmasının sabiq futbolçusu ilə müqavilə imzalayıb

“Qəbələ” Gürcüstan yığmasının sabiq futbolçusu ilə müqavilə imzalayıb
# 27 iyun 2019 15:37 (UTC +04:00)

2019/20-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. 

APA-nın məlumatına görə, “qırmızı-qaralar” gürcüstanlı futbolçu Merab Qiqaurini heyətinə qatıb. 

26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. M.Qiqauri Kutaisi “Torpedo”sunun yetirməsidir. O, 2010-14 və 2017-19-cu illərdə bu klubda çıxış edib. 

M.Qiqauri Gürcüstanda “Metallurq” (2014), “Sxinvali” (2014-15), “Kolxeti” (2015-16) və “Rustavi” (2016-17), Polşada “Yagelloniya”da (2011-12) çıxış edib. Yarımmüdafiəçi cari mövsümdə ölkə çempionatının 19 oyununda meydana çıxıb. Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında oynamış futbolçu əsas millidə 1 oyun keçirib.

Qeyd edək ki, “Qəbələ” Qiqauriyə qədər Kamal Mirzəyev, Sadiq Quliyev və Fernan Ferreyra Lopeslə müqavilə imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR