Bank Of Baku

"Qəbələ" "Zirə"nin futbolçusunu transfer edib

"Qəbələ" "Zirə"nin futbolçusunu transfer edib
# 15 iyun 2019 18:04 (UTC +04:00)

“Qəbələ” 2019-2020-ci illər mövsümünün transfer çalışmalarına start verib. 

APA-nın məlumatına görə, yay fasiləsində ilk transferini həyata keçirən “qırmızı-qaralar” Kamal Mirzəyevi heyətinə qatıb. 

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

2012/13 mövsümündə də “Qəbələ”nin şərəfini qoruyan Mirzəyevin Premyer Liqada debütü də “qırmızı-qara” formada gerçəkləşib. O, mövsümün ikinci yarısında 5 çempionat oyununda meydana çıxıb. Sonrakı illərdə AZAL (44 oyun, 1 qol), “Sumqayıt”da (18 oyun) oynamış yarımmüdafiəçi ötən mövsümdə “Zirə”nin formasını geyinib. O, 13 qarşılaşmada meydana çıxıb. Ümumilikdə Premyer Liqada 80 matç keçirən yarımmüdafiəçinin aktivində 1 qol var. Kamal Azərbaycanın U-19, U-21 və U-23 yığmalarının şərəfini qoruyub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR