Bank Of Baku

Qerqe Lovrençiç: “İstəyirik ki, uğurlu seriyanı Bakıda da davam etdirək”

Qerqe Lovrençiç: “İstəyirik ki, uğurlu seriyanı Bakıda da davam etdirək”
# 07 iyun 2019 19:49 (UTC +04:00)

“Bütün komandanın motivasiyası yüksək səviyyədədir. Bizim bir arzumuz var və buna çatmaq istəyirik”. 

APA-nın məlumatına görə, bunu Macarıstan yığmasının futbolçusu Qerqe Lovrençiç deyib.

31 yaşlı yarımmüdafiəçi AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə sabah keçiriləcək oyunöncəsi mətbuat konfransına qatılıb. O bildirib ki, meydana 3 xal üçün çıxacaqlar: “İstəyirik ki, uğurlu seriyanı Bakıda da davam etdirək. Bunun üçün də meydana qələbə əzmi ilə çıxacağıq”.

Lovrençiçin sözlərinə görə, Azərbaycanla oyuna ciddi hazırlaşıblar: “Əvvəllər hazırlıq bir neçə gündən ibarət olurdu. Bu dəfə hazırlıq üçün 11-12 gün vaxtımız oldu. Uzun müddət məşq etməyimizin sabahkı matçda müsbət təsir edəcəyinə inanıram”.

Qeyd edək ki, Bakıda “Bakcell Arena”da keçiriləcək oyun saat 20:00-da başlayacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR