Bank Of Baku

Rauf Cabbarov Avropa Liqasına təyinat alıb

Rauf Cabbarov Avropa Liqasına təyinat alıb
# 04 iyul 2019 10:18 (UTC +04:00)

Azərbaycanlı FİFA referisi Rauf Cabbarov yeni təyinat alıb. 

AFFA-dan APA-ya verilən məlumata görə, həmyerlimiz UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Fola” (Lüksemburq) – “Çixura” (Gürcüstan) qarşılaşmasının baş hakimi olacaq. 

Ona Akif Əmirəli və Yaşar Abbasov köməklik edəcəklər. Dördüncü hakim İnqilab Məmmədov olacaq.

Qeyd edək ki, matç iyulun 11-də keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR