Almaniyanın “Ayntraxt” klubunun futbolçusu Luka Yoviç karyerasını İspaniyada davam etdirəcək.
APA-nın məlumatına görə, serb hücumçu Madridin “Real” klubuna keçib.
Paytaxt təmsilçisi forvardla 6 illik müqavilə bağlanıldığını açıqlayıb. L.Yoviç 2025-ci ilədək “Real”da çıxış edəcək.
Qeyd edək ki, transferin qiyməti rəsmən açıqlanmasa da, bu məbləğin 65-70 milyon avro təşkil etdiyi bildirilir.