İspaniyanın “Real” klubu fransalı futbolçusu Kərim Benzema ilə yeni müqavilə imzalayacaq.
Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi hücumçuya iki illik anlaşma təklif edəcək.
Onun hazırkı müqaviləsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub. Planlaşdırılan yeni anlaşma isə 2022/23 mövsümünün sonuna qədər olacaq. Burada futbolçunun maaşı da qaldırılacaq.
Qeyd edək ki, gələn ay 32 yaşını tamamlayacaq K.Benzema 2009-cu ildən “Real”da oynayır. O, ölkə çempionatı, kuboku və Superkubokunun hərəsində 2, UEFA Superkubokunda 3, Çempionlar Liqası və klublararası dünya çempionatının hərəsində 4 dəfə qalib olub.