Bank Of Baku

"Real"ın sabiq baş məşqçisində xərçəng xəstəliyi aşkarlanıb

"Real"ın sabiq baş məşqçisində xərçəng xəstəliyi aşkarlanıb
# 23 noyabr 2019 13:12 (UTC +04:00)

"Real"ın sabiq baş məşqçisi Vanderley Luşemburqoda ağır xəstəlik aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, ölkəsində "Vasko da Qama" klubunda çalışan braziliyalı mütəxəssisə dəri xərçəngi diaqnozu qoyulub.

Bu, bədxassəli şiş olduğundan onun 3 həftə ərzində cərrahiyyə əməliyyat edilməsi tövsiyə edilib. Lakin 67 yaşlı Luşemburqo bununla bağlı yekun qərar verməyib. Onun gözləmə mövqeyi tutması Braziliya çempionatının davam etməsi ilə əlaqələndirilir.   

Qeyd edək ki, 2004/2005 mövsümündə Madrid klubunda çalışmış Luşemburqo futbolçulara pivə və şərabı qadağan etməsi ilə diqqət mərkəzinə düşmüşdü. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR