Azərbaycan Premyer Liqasının XII turunda "Sumqayıt"ın qonağı olan "Qarabağ" ikinci hissədə buraxdığı qollarla cari mövsümdə ilk məğlubiyyətini alıb - 1:2.
Apasport.az saytının məlumatına görə, matçdan sonra təşkil olunan brifinqdə Ağdam klubunun kapitanı Rəşad Sadıqov görüşü dəyərləndirib.
- Cari mövsüm Premyer Liqada ilk məğlubiyyətinizi aldınız. Bununla bağlı nə deyə bilərsiniz?
- Bizə çətin olacağını matçdan əvvəl bilirdik. "Sumqayıt" son turlarda çox yaxşı oyun nümayiş etdirir. Bizim isə çoxsaylı milli üzvlərimiz var. Yalnız dünən tam kollektiv şəkildə məşq edə bilmişik. Ümumilikdə oyuna 7-8 nəfərlə hazırlaşırdıq. Bizdə bu problem həmişə yaranır. Millinin toplanışından sonrakı ilk görüşümüz hər zaman ağır alınıb. Amma bəhanə gətirmək, "Sumqayıt"ın qələbəsinə kölgə salmaq istəmirəm. Onlar, xüsusən də, ikinci hissədə çox yaxşı çıxış etdilər. Bizim isə əksinə, fasilədən sonra oyunumuz alınmadı.
- İkinci dövrəni o qədər də yaxşı keçirmirsiniz, 5 oyunda cəmi 1 qələbəniz var. Bu eniş nədən qaynaqlanır?
- Çox sıx qrafikdə oynayırıq. Komandada artıq yorğunluq hiss olunur. Bu gün də ikinci hissədə oyun tempimiz aşağı düşdü. Halbuki ilk yarıda çox yaxşı idik. İyul ayından yığılan yorğunluq son matçlarda özünü hiss etdirir.
- Qarşıda Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Sevilya" ilə ağır oyununuz var. Bugünkü məğlubiyyət sizə mənfi təsir etməyəcək?
- Ümid edirəm ki, təsir etməz. Toparlanmaq lazımdır. Bizim üçün vacib oyun olduğunu başa düşürük.
- Komandadan həmin görüşdə nə gözləmək olar?
- Əlimizdən gələni edəcəyik. Başa düşürük ki, "Sevilya" ilə qarşılaşacağıq. Hər şey uğurlu alınmalıdır ki, oradan xalla qayıda bilək.
- Hakimə nəyisə izah etməyə çalışırdınız...
- Birinci hissədəki epizodla bağlı danışırdıq. Həmin anda Vüqar Mustafayevə ikinci sarı vərəqəni verməyi fikirləşdi. Mən elə başa düşdüm ki, yaxınlaşanda ikinci sarı vərəqə olduğunu hiss elədi, göstərmədi. "Orada qırmızı vərəqə göstərməyib, İsmayıl İbrahimliyə niyə göstərdin?" deyirdim.
- İsmayılın meydandan qovulmasına səbəb olan epizodu gördünüzmü?
- Xeyr, görmədim. Hakimlər əminliklə "qırmızı" deyirdilər. Amma baxmaq lazımdır.
- Buraxdığınız hər iki qolda sanki eyni ssenari yaşandı?
- Hər iki qolda hücuma çıxarkən top itirməyimiz həlledici oldu. "Sumqayıt"ın oyunu bunun üzərində quracağını bilirdik. Birinci hissədə buna imkan vermədik. Amma fasilədən sonra çox top itkilərimiz oldu, rəqib də istifadə etdi. Təbii ki, çox top itirsən, arxada boşluqlar yaranacaq. İlk qolu belə buraxdıq. İkinci top bir az fərqli alındı.
Rəşad Sadıqov: "Komandada artıq yorğunluq hiss olunur"
Xəbər Lenti
CENTCOM: İran daxilində SEPAH hədəflərinə zərbələr endirməyə başladıq
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
Heydər Əliyev Mərkəzinin binası Özbəkistan bayrağının rəngləri ilə işıqlandırılıb
Almaniya Avropa İttifaqına Rusiya vətəndaşlarına qarşı sanksiya siyahısının genişləndirilməsini təklif edir
Bakıda 46 küçədə təmir işləri yekunlaşıb, 32 km uzunluğunda yol yenilənib
Qalibaf ABŞ-ı gəmilərə Hörmüz boğazından keçməklə bağlı “yalan təminat” verməkdə ittiham edib
Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırıb
Ərdoğan Bişkekdə Putinlə görüşüb - YENİLƏNİB
Putin və Pezeşkian danışıqlar aparıb
Azərbaycanın Fransadakı səfiri Paris meriyasının ittihamlarına cavab verib
Azərbaycanla Çin arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Ərdoğan: Akkuyu ilə yanaşı yeni atom stansiyalarının açılışını da edəcəyik
Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib
Qanında psixotrop dərman aşkarlandığı iddia edilən uşaqla bağlı DİN və Baş Prokurorluğa müraciət edilib - YENİLƏNİB-1
Sahibə Qafarova Qoşulmama Hərəkatı ilə bağlı konfransda çıxış edib
Səhiyyə Nazirliyi uşaqları bağçaya gedən valideynlərə müraciət edib
IDF: Qəzzaya gündə humanitar yardım daşıyan 600 yük maşını daxil olur
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
Babək prospektində avtomobil yanıb - VİDEO
Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı - RƏY
Diplomatiyanın nəbzi, xəbərin sürəti: Bişkekdə ŞƏT sammiti - REPORTAJ
Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var
Gürcüstandan gətirilən yüklərdə 232 min manatlıq bəyan edilməyən mallar aşkarlanıb
İran XİN: Koləng dağında nüvə fəaliyyəti yoxdur
SOCAR ABŞ-da 1,65 mlrd. dollarlıq enerji sövdələşməsinə hazırlaşır
XİN rəhbəri: Suriya İsrailin hücumlarına baxmayaraq, diplomatik həll yolu axtarır
Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib
Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB-1 - FOTO
Sea Breeze 2026 Beach Polo turniri sentyabrın 11-də başlayacaq, 4 komanda iştirak edəcək - VİDEO
Gədəbəydə 34 il əvvəl atasını ağacla öldürən şəxs həbs edilib
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirib - VİDEO
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış edib - FOTO - VİDEO - YENİLƏNİB-3
Azərbaycanlı jurnalistlər 7 oktyabr hücumlarının baş verdiyi Nahal Oz kibbutzunda olub - FOTO
Moskvada kilsədə insanlara hücum olub, hücum edən şəxs güllələnərək öldürülüb
Rusiya vətəndaşları Qazaxıstana elektron giriş icazəsi ilə daxil olacaq
Paşinyan: Azərbaycan və Türkiyə ilə dövlətlərarası münasibətlərin qurulması istiqamətində irəliləyirik
Birinci və İkinci Qarabağ müharibələrində itkin düşənlərlə bağlı 910 insan qalığı ekshumasiya olunub
Rusiyalı nazir: Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı Ermənistanla işləməyə davam edirik
Bu il Qarabağ müharibəsində itkin düşən 57 şəxsin kimliyi müəyyən edilib
Prezident: BMT Təhlükəsizlik Şurasının qətnamələri üzrə mexanizmlərin işlənib hazırlanması tələb olunur
Prezident: BMT qətnamələrin yerinə yetirilməsində heç bir rol oynamayıb, Azərbaycan suverenliyini özü tam bərpa edib
Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş şəxslərin sayı açıqlanıb
Prezident İlham Əliyev: Cənubi Qafqaz sülh zonasına çevrilir
Prezident: Müttəfiqlik müqaviləsi Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə yüksəldib
Putin: BMT dünya nizamında mərkəzi rolunu saxlamalıdır