İngiltərənin “Midlsbro” klubunun yeni baş məşqçisi müəyyənləşib.
APA-nın məlumatına görə, Çempionşipdə mübarizə aparan komandanın “sükanı arxası”na İngiltərə millisinin sabiq futbolçusu Conatan Vudqeyt gətirilib.
O, baş məşqçi postunda Toni Pulisi əvəzləyib. C.Vudqeytin köməkçisi vəzifəsi irlandiyalı Robbi Kinə tapşırılıb. Sonuncu İrlandiya yığmasının məşqçilər korpusunda da fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, R.Kin və C.Vudqeyt futbolçu kimi “Lids”lə “Tottenhem”də komanda yoldaşı olublar.