Bank Of Baku

“Sabah” “Monako”nun sabiq futbolçusunu heyətinə qatıb

“Sabah” “Monako”nun sabiq futbolçusunu heyətinə qatıb
# 27 iyun 2019 14:36 (UTC +04:00)

2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

APA-nın məlumatına görə, paytaxt təmsilçisi Qvineya əsilli fransalı futbolçu Amadu Diallo ilə anlaşıb.

25 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlanıb. A.Diallo karyerası ərzində “Monako B” (Fransa), “Namur” (Belçika), “Vayt Star” (Belçika), “Serkl Brügge” (Belçika) klublarının uğurları üçün çalışıb. O, son mövsümdə Fransanın “Red Star” klubunda çıxış edib. A.Diallo Qvineyanın U-23 yığmasının sabiq futbolçusudur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR