Bakının “Səbail” futbol klubu yoxlama oyunu keçirib.
APA-nın məlumatına görə, yeni mövsümün hazırlıqları Bolqarıstanda davam etdirən paytaxt təmsilçisi toplanış çərçivəsində ikinci matçına çıxıb.
Aftandil Hacıyevin yetirmələri Bolqarıstanın “Beroe” klubu ilə üz-üzə gəlib. Görüş balkanlıların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu, “Səbail”in Bolqarıstanda ikinci məğlubiyyəti olub. Bakılılar bunadək Plovdiv “Lokomotiv”inə 0:1 hesabı ilə uduzub.