Bakının “Səbail” klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsində Rumıniyanın “Universitatea Krayova”sı ilə ilk matçının təyinatları açıqlanıb.
APA-nın məlumatına görə, iyulun 11-də baş tutacaq qarşılaşma finlandiyalı hakimlər briqadasına həvalə edilib.
Görüş saat 20:00-da, “ASCO Arena”da keçiriləcək.
Baş hakim: Ville Nevalaynen
Baş hakimin köməkçiləri: Mikko Alakare, Mika Lamppu
Dördüncü hakim: Atte Jussila
(Hakimlər briqadası Finlandiyadandır)
UEFA nümayəndəsi: Patrik Wattebled (Fransa)
Hakim-inspektor: Miroslav Vitkoviç (Xorvatiya)