Avropa Liqasının birinci təsnifat mərhələsinin “Speranta” (Moldova) – “Neftçi” (Azərbaycan) matçının təyinatları açıqlanıb.
APA-nın məlumatına görə, Moldovadakı ilk oyun Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək. UEFA nümayəndəsi Anna Bordyuqova (Ukrayna), hakim-inspektor isə Gevorq Hovhannisyan (Ermənistan) olacaq.
Qeyd edək ki, Kişinyovun “Zimbru” stadionundakı matç iyulun 11-də keçiriləcək.