“Sumqayıt” futbol klubunun yeni məşqçisi müəyyənləşib.
APA-nın məlumatına görə, baş məşqçi Ayxan Abbasovun fiziki hazırlıq üzrə köməkçisi vəzifəsinə əcnəbi mütəxəssis gətirilib.
Belə ki, ispaniyalı məşqçi Edu Karo karyerasını “Sumqayıt”da davam etdirəcək. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, UEFA “A” kateqoriyalı məşqçisi olan E.Karo İspaniyanın “Esplugenc”, “Damm”, “Terrassa”, “Gava” və Səudiyyə Ərəbistanının “Al-Hilal” komandalarında fiziki hazırlıq üzrə məşqçi kimi çalışıb.