Bank Of Baku

"Sumqayıt" klubu 6 futbolçu ilə müqavilə müddətini artırıb

"Sumqayıt" klubu 6 futbolçu ilə müqavilə müddətini artırıb
# 05 iyun 2019 17:37 (UTC +04:00)

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" klubu heyətindəki bir sıra futbolçu ilə müqavilə müddətini artırıb. 

APA-nın məlumatına görə, ötən mövsümdə Topaz Premyer Liqasını 6-cı pillədə başa vuran, Azərbaycan kubokunun finalçısı olan komanda 6 oyunçunu saxlamağa qərar verib.

Belə ki, Vurğun Hüseynov, Şəhriyar Əliyev, Mehdi Cənnətov, Süleyman Əhmədov, Ehtiram Şahverdiyev və Xəyal Nəcəfov daha bir mövsüm komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, “Sumqayıt” bunadək Amil Yunanov və Vüqar Mustafayevi transfer edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR