Bank Of Baku

“Sumqayıt” “Sabah”dan futbolçu transfer edib

“Sumqayıt” “Sabah”dan futbolçu transfer edib
# 14 iyun 2019 16:42 (UTC +04:00)

“Sumqayıt” futbol klubu növbəti transferini rəsmiləşdirib.

APA-nın məlumatına görə, 2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Gənclik şəhəri” təmsilçisi Elgün Nəbiyevi heyətinə cəlb edib. 

Son mövsümü “Sabah”da keçirmiş yarımmüdafiəçi 1 illik icarə əsasında “Sumqayıt”da çıxış edəcək. 23 yaşlı futbolçu 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, E.Nəbiyev “Sabah”la yanaşı (25 oyun, 1 qol), “Zirə”nin də (4 oyun) uğurları üçün çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR