Bank Of Baku

Topaz Premyer Liqasında mövsümün rəmzi komandası açıqlanıb

Topaz Premyer Liqasında mövsümün rəmzi komandası açıqlanıb
# 02 iyul 2019 17:32 (UTC +04:00)

Topaz Premyer Liqasında 2018/19 mövsümünün rəmzi komandası açıqlanıb.

APA-nın məlumatına görə, Peşəkar Futbol Liqası və “İnstat” şirkətinin açıqladığı “11-liy”ə mövsüm ərzində bu siyahıya ən çox düşən 13 futbolçu daxil edilib.

Bu da onunla bağlıdır ki, iki mövqedə aşkar qalib olmayıb. Elə buna görə də müdafiədəki “dördlük”də 6 oyunçu yer alıb.

13 futbolçudan ikisi “Neftçi”, ikisi “Qəbələ”ni təmsil edirsə, digər 9 futbolçu son çempion “Qarabağ”ın üzvləridir.

Qapıçı – Səlahət Ağayev (“Neftçi”);

Müdafiəçilər – Donald Gerye, Bədavi Hüseynov, Maksim Medvedev/Abbas Hüseynov (hamısı “Qarabağ”), Voislav Stankoviç (“Qəbələ”)/Kiril Petrov (“Neftçi”);

Yarımmüdafiəçilər – Abdullah Zubir, Markus Madera, Filip Ozobiç, Dani Kintana (hamısı “Qarabağ”);

Hücumçular – Ceyms Adeniyi (“Qəbələ”), Mahir Emreli (“Qarabağ”).
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR