BFB ötən ili zərərlə başa vurub

BFB ötən ili zərərlə başa vurub
# 20 iyul 2017 13:31 (UTC +04:00)

2016-cı ilin sonuna "Bakı Fond Birjası" QSC-nin (BFB) aktivlərinin həcmi 3 mln. 210,120 min manat təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 4,46% azdır.

"APA-Economics" BFB-nin açıqladığı hesabata istinadən xəbər verir ki, aktivlərin mütləq əksəriyyəti - 2 mln. 635,214 min manatı qısamüddətlidir. Bunun isə 2 mln. 550,432 min manatı kredit təşkilatlarından alınacaq məbləğdir.

Birjanın öhdəlikləri 45,97% azalaraq 39,842 min manata enib.

BFB-nin nizamnamə kapitalı dəyişməyərək 1,260 mln. manat səviyyəsində qalıb. Məcmu kapital isə 3,56% azalaraq 3 mln. 170,278 min manata çatıb.

QSC ötən ili 116,281 min manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR