Bank Of Baku

Tural Axundov: “Qalib gəldiyimizə görə sevinirəm”

Tural Axundov: “Qalib gəldiyimizə görə sevinirəm”
# 21 iyun 2019 01:59 (UTC +04:00)

"Toplanışın əvvəlində məşqlər ağır keçir”. 

APA-nın məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Tural Axundov deyib.

Təcrübəli müdafiəçi Türkiyə toplanışında Rusiya təmsilçisi "OİK-Xabarovsk” ilə yoxlama oyunundan (3:1) sonra klubun rəsmi saytına açıqlama verib. O, sınaq matçlarının faydalı olduğunu bildirib: “Bununla belə, sınaq matçlarının olması həm oyun təcrübəsi, həm də özümüzü göstərmək baxımından faydalıdır. İlk görüş idi deyə, çətin oldu. Yaxşı ki, birinci hissədə qollarımızı vurduq. Yoxlama oyunu olsa da, qalib gəldiyimizə görə sevinirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR