"Qəbələ"dən ayrılan Urfan Abbasovun yeni komandası müəyyənləşib.
APA-nın məlumatına görə, 27 yaşlı müdafiəçi "Səbail" klubu ilə anlaşıb.
O, yeni komandasında 34 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, U. Abbasov 2011-2019-cu illərdə "Qəbələ"də 220 matça çıxıb.