Bank Of Baku

“Barselona” yeni transferi Koutinyonu təqdim edib

“Barselona” yeni transferi Koutinyonu təqdim edib
# 08 yanvar 2018 14:37 (UTC +04:00)

“Liverpul”dan “Barselona”ya keçən Filippe Koutinyo yeni komandası ilə bu gün rəsmi müqavilə imzalayıb.

 

Apasport.az saytı xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Kataloniya klubu ilə 5,5 illik sözləşməyə qol çəkib.

 

“Barselona” yeni futbolçusunu rəsmən ictimaiyyətə təqdim edib. Öncə tibbi müayinədən keçən Koutinyo ardınca klub prezidenti Xosep Bartomeunun iştirakı ilə keçirilən imzalanma mərasiminə qatılıb. Futbolçu sonda “Nou Kamp”da azarkeşlərin qarşısına çıxıb.

 

Qeyd edək ki, bu keçid “Liverpul”a bonuslarla birlikdə 160 milyon avro qazandırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR