“Barselona”nın futbolçusu İngiltərə klubuna transfer olunub

“Barselona”nın futbolçusu İngiltərə klubuna transfer olunub
# 11 iyun 2018 15:53 (UTC +04:00)

“Barselona”nın yarımmüdafiəçisi Jerar Deulofeu “Uotford”la müqavilə imzalayıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, İngiltərə Premyer Liqanın iştirakçısı ispan futbolçu ilə 5 il müddətinə anlaşıb.

Keçid “Uotford”a 11,5 milyon funt sterlinqə başa gəlib.

Deulofeu mövsümün ikinci yarısını ingilis klubunda icarə əsasında keçirmişdi. Bu müddət ərzində 7 matçda meydana çıxan futbolçu 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR