Bank Of Baku

“Bavariya”nın yarımmüdafiəçisi Avropanın ən yaxşı gənc futbolçusu seçilib

“Bavariya”nın yarımmüdafiəçisi Avropanın ən yaxşı gənc futbolçusu seçilib
# 24 oktyabr 2016 05:12 (UTC +04:00)

Bakı-APA. “Bavariya” klubunun yarımmüdafiəçisi, Portuqaliya yığmasının üzvü Renatu Sançeş  Avropanın ən yaxşı gənc futbolçusuna təqdim edilən “Golden Boy” mükafatına layiq görülüb.

 

APA-nın məlumatına görə, bu barədə İtaliyanın “Tuttosport” qəzeti xəbər verib.

 

2003-cü ildə  “Tuttosport” tərəfindən təsis edilmiş “Golden Boy” mükafatı hər il yaşı 21-dən çox olmayan ən yaxşı Avropa futbolçusuna təqdim edilir.

 

Avqustun 18-də 19 yaşı tamam olmuş R.Sançeş “Golden Boy” mükafatına layiq görülən ilk portuqaliyalı  futbolçudur.

 

Qeyd edək ki, R.Sançeş Portuqaliya yığmasının heyətində AVRO-2016-nın qalibi olub.  Mayda “Benfika”dan “Bavariya”ya 35 milyon avroya keçən gənc futbolçu Münhen klubu ilə 5 illik müqavilə imzalayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR