Bank Of Baku

“Differdanj” – “Zirə” oyununu slovakiyalı hakimlər idarə edəcək

“Differdanj” – “Zirə” oyununu slovakiyalı hakimlər idarə edəcək
# 03 iyul 2017 12:15 (UTC +04:00)

Avropa Liqasının I təsnifat mərhələsinin “Differdanj” – “Zirə” oyununun hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, təmsilçimizin Lüksemburq klubu ilə səfərdə keçiriləcək cavab oyununu slovakiyalılar idarə edəcək.

 

İyulun 6-da baş tutacaq qarşılaşmada Boris Marhefka fit çalacaq. Ona yan xətt hakimləri Tomas Vorel və Yan Pozor kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi Pavol Xmura olacaq.

 

Qeyd edək ki, Differdanj şəhər Munisipal stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR