Bank Of Baku

Türkiyə Futbol Federasiyası yarımçıq qalmış “Fənərbaxça”-“Beşiktaş” oyunu ilə bağlı qərarını açıqlayıb

Türkiyə Futbol Federasiyası yarımçıq qalmış “Fənərbaxça”-“Beşiktaş” oyunu ilə bağlı qərarını açıqlayıb
# 25 aprel 2018 14:24 (UTC +04:00)

Türkiyə Kubokunda yarımfinal mərhələsinin “Fənərbaxça”-“Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək.

 

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Türkiyə Futbol Federasiyası verib.

 

Qalmaqallı derbi yarımçıq dayandırıldığı 57-ci dəqiqədən etibarən davam edəcək.

 

Lakin matçın qalan hissəsi boş tribunalar önündə keçiriləcək.

 

Oyun mayın 3-nə təyin olunub.

 

Qeyd edək ki, “Şükrü Saraçoğlu” stadionunda keçirilən “Fənərbaxça”-“Beşiktaş” görüşü 0:0 olarkən azarkeşlərin meydana yad əşyalar atması səbəbindən təxirə salınmışdı. Komandalar arasında baş tutan ilk qarşılaşmada isə 2:2 hesabı qeydə alınmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR