Bank Of Baku

“Fənərbaxça” “Monako”nun futbolçusu ilə anlaşıb

“Fənərbaxça” “Monako”nun futbolçusu ilə anlaşıb
# 13 iyun 2017 12:07 (UTC +04:00)

Mehmet Ekici və Matyu Valbuenanı heyətinə qatan “Fənərbaxça” növbəti transferinə hazırlaşır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “sarı-lacivərdlilər” “Monako”nun yarımmüdafiəçisi Nabil Dirarla anlaşıb.

 

Fransaya yollanan klub rəsmiləri həm Mərakeş millisinin üzvü, həm də klubu ilə danışıqları müsbət nəticələndirib. Xırda detallar da razılaşdırıldıqdan sonra Dirar bu həftə İstanbula yola düşəcək. 31 yaşlı futbolçu tibbi müayinədən keçdikdən və bazanı gəzdikdən sonra əşyalarını toplamaq üçün Monakoya qayıdacaq. Dirarın təqdimat mərasimi “transfer pəncərəsi”nin rəsmən açılacağı 17 iyun tarixindən sonra təşkil olunacaq.

 

“Fənər”in diqqət mərkəzində olan digər futbolçular “Barselona”nın müdafiəçisi Ceremi Matyu və “Malaqa”nın qapıçısı Karlos Kamenidi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR