Bank Of Baku

“İnter” - “Mladost” matçının stadionu yenidən dəyişdirilib

“İnter” - “Mladost” matçının stadionu yenidən dəyişdirilib
# 20 iyun 2017 15:29 (UTC +04:00)

“İnter”in Avropa Liqasında “Mladost”la oyununun stadionu dəyişdirilib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, paytaxt təmsilçisi yenidən “Dalğa Arena” variantına dönüb.

 

I təsnifat mərhələsindəki qarşılaşmanın ilk olaraq məhz bu arenada keçirilməsi planlaşdırılsa da, sonradan rəhbərlik 8-ci km qəsəbə stadionunu üstün tutmuşdu. Lakin yenidən qərarını dəyişən bakılılar Serbiya klubunu “Dalğa Arena”da qəbul etmək qərarına gəliblər.

 

Qeyd edək ki, “İnter”lə “Mladost” arasında ilk oyun iyunun 29-da Luçanidə, cavab qarşılaşması isə iyulun 6-da Bakıda baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR