Bank Of Baku

“İnter” futbol klubu “Keşlə” adlanacaq

“İnter” futbol klubu “Keşlə” adlanacaq
# 26 oktyabr 2017 12:30 (UTC +04:00)

“İnter” klubunun hansı tarixdən “Keşlə” adını daşıyacağı rəsmən bəlli olub. Bunu apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlayıb.

 

O bildirib ki, paytaxt təmsilçisi quruma məsələ ilə bağlı rəsmi müraciət edib. Musayev həmçinin “İnter”in ölkə çempionatının növbəti turuna yeni adla çıxacağını bildirib: “İnter” bizə rəsmi müraciət edib. Lazım olan sənədlər artıq bu gün bizə daxil oldu. Komandanın “Keşlə” adlanması ayın 28-də rəsmən elan olunacaq”.

 

Qeyd edək ki, “İnter” Premyer Liqanın X turunda oktyabrın 28-də “Kəpəz”lə qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR