“Kəpəz” Türkiyənin Antalya şəhərində keçirəcəyi təlim-məşq toplanışı müddətində 4 yoxlama oyununa çıxacaq. Apasport.az klubun saytına istinadən məlumat verir ki, Gəncə təmsilçisinin rəqiblərindən 3-ü artıq məlumdu.
Komanda yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya), 28-də “Yagelloniya” (Belostok, Polşa) və ayın 31-də “Spartak” (Subotiça, Serbiya) klubları ilə qarşılaşacaq.
Xatırladaq ki, “sarı-göylər” yanvarın 17-dən fevralın 2-dək qonşu ölkədə hazırlıq keçəcək.