Bank Of Baku

“Lion”un hücumçusu “Arsenal”a keçib

“Lion”un hücumçusu “Arsenal”a keçib
# 03 iyul 2017 12:09 (UTC +04:00)

“Arsenal” “Lion”un hücumçusu Aleksandr Lyakazetti transfer etməyə müvəffəq olub. Apasport.az saytı xəbər verir ki, məlumatı Fransa klubunun prezidenti Jan-Mişel Ola yayıb.

 

O bildirib ki, tərəflər ortaq məxrəcə gəliblər və keçid yaxın 1-2 gün ərzində rəsmən açıqlanacaq: “Şübhəsiz ki, bu, həm “Lion”, həm də “Arsenal” üçün rekord transferdi”.

 

“Atletiko”nun transfer qadağası ləğv olunmadığı üçün Madrid klubuna keçməyən və “Arsenal”la anlaşan Lyakazett “topçular”ın tarixinə düşəcək. Belə ki, İngiltərə nəhəngi bu keçid müqabilində qarşı tərəfə 46 milyon funt-sterlinq ödəyəcək. Komandanın uğurlu çıxışı fransızlara əlavə 6 milyon funt-sterlinq də qazandıra bilər. Lyakazettə qədər “Arsenal”ın ən bahalı transferi Məsut Özil idi. Londonlular onu 2013-cü ildə “Real”dan 42 milyon funt-sterlinqə almışdı.

 

Fransa millisinin 26 yaşlı hücumçusunun transferindən sonra diqqətlər “Arsenal”ın çilili oyunçusu Aleksis Sançesə yönəlib. “Mançester Siti”nin maraq dairəsində olan Sançesin “şəhərlilər”ə yola salınması gözlənilir. Həmçinin Məsut Özil, Olivye Jiru və Ektor Bellerinin də “Arsenal”dakı gələcək taleyi qeyri-müəyyəndi.

 

Qeyd edək ki, Aleksandr Lyakazett 2010-cu ildən formasını geyindiyi “Lion”da 275 matçda iştirak edib, aktivinə 129 qol yazdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR