Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakı “İnter”inin “Mladost”la keçirəcəyi matçın başlanma vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, qarşılaşma iyunun 29-da, Serbiyanın Luçani şəhərində baş tutacaq.
“Mladost” stadionunda keçiriləcək görüşün nə vaxt start götürəcəyi artıq bəllidi. Belə ki, oyun Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü isə iyulun 6-da oynanılacaq.