Bank Of Baku

“Neftçi” “Slaviya” ilə yoxlama matçı keçirəcək

“Neftçi” “Slaviya” ilə yoxlama matçı keçirəcək
# 09 yanvar 2018 11:42 (UTC +04:00)

“Neftçi”nin qış təlim-məşq toplanışında rəqiblərindən biri dəyişilib. Bu barədə apasport.az saytına klubun mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlu məlumat verib.

 

O bildirib ki, komanda əvvəlcədən planlaşdırıldığı kimi, yanvarın 25-də Antalyada 2 yoxlama görüşü keçirəcək. Rumıniyanın “Konkordiya” klubu ilə oyun baş tutacağı halda, Ukrayna təmsilçisi “Çernomorets”lə görüş təxirə salınıb. Bakılılar əvəzində həmin tarixdə ikinci oyununu Bolqarıstan “Slaviya”sı ilə keçirəcək.

 

Qeyd edək ki, “Neftçi” Antalyadakı toplanış dönəmində həmçinin yanvarın 22-də Rusiyanın “SKA-Xabarovsk”, 27-də isə "Krılya Sovetov” klubu ilə üz-üzə gələcək. Yanvarın 30-u üçün rəqib isə hələ bəlli deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR