Bank Of Baku

“Qarabağ” 170-ci dəfə heç-heçə oynayıb

“Qarabağ” 170-ci dəfə heç-heçə oynayıb
# 12 fevral 2018 09:36 (UTC +04:00)

Futbol üzrə Azərbaycan çempionatında XV turun “Qəbələ” ilə ev oyunu “Qarabağ” üçün ikiqat yubiley heç-heçəsi ilə əlamətdar olub. Apasport.az saytı xəbər verir ki, Ağdam klubu Azərbaycan çempionatları tarixində ümumilikdə 170-ci, öz meydanında 70-ci dəfə bərabərliyə imza atıb.

 

736-cı matçında “sülh”lə kifayətlənən “Qarabağ” ən çox heç-heçə edən komandadı. “Göy-qaralar” keçirdiyi oyunların 19,3 faizində 1 xal əldə edib.

 

Öz meydanındakı 363-cü görüşdə 70-ə çatan ağdamlılar evdəki bərabərlik sayında “Neftçi”dən geri qalır. Onlar evdəki görüşlərin 23,1 faizində heç-heçə edib.

 

Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” oyunu 0:0 hesabı ilə başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR