Bank Of Baku

“Qarabağ” – “Roma” oyunu rekord müəyyənləşdirə bilər

“Qarabağ” – “Roma” oyunu rekord müəyyənləşdirə bilər
# 27 sentyabr 2017 09:15 (UTC +04:00)

Çempionlar Liqasının II turunun “Qarabağ” – “Roma” qarşılaşması rekordla əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, bu gün keçiriləcək görüş turun ən çox tamaşaçı toplayan matçı olmaq şansına malikdi.

 

Bakı Olimpiya Stadionunda baş tutacaq oyunun bütün biletlərin satıldığını nəzərə alsaq, arenada anşlaq olacaq. Bu isə turun mütləq rekordu üçün kifayətdi.

 

Belə deməyə ilk oyun gününün qarşılaşmalarındakı tamaşaçı sayı əsas verir. Çünki dünən keçirilən görüşlərdə rekord 65 min 849-a bərabər olub. Dortmunddakı “Borussiya” – “Real” matçında bu qədər fanat toplaşıb.

 

Çempionlar Liqası

Qrup mərhələsi, II tur

26 sentyabr

 

E qrupu

“Spartak” (Rusiya) - “Liverpul” (İngiltərə) - 1:1

(43376)

“Sevilya” (İspaniya) - “Maribor” (Sloveniya) - 3:0

(34705)

 

F qrupu

“Mançester Siti” (İngiltərə) - “Şaxtyor” (Ukrayna) - 2:0

(45310)

“Napoli” (İtaliya) - “Feyenoord” (Hollandiya) - 3:1

(22577)

 

G qrupu

“Monako” (Fransa) - “Porto” (Portuqaliya) - 0:3

(11703)

“Beşiktaş” (Türkiyə) - “Leypsiq” (Almaniya) - 2:0

(36641)

 

H qrupu

APOEL (Kipr) - “Tottenhem” (İngiltərə) - 0:3

(18324)

“Borussiya” (Dortmund, Almaniya) - “Real” (İspaniya) - 1:3

(65849)

Mötərizədə tamaşaçı sayı qeyd olunub.

 

“Qarabağ”ın qrupdakı ilk ev oyununu qəbul edəcək Bakı Olimpiya Stadionu isə 68 min 700 tamaşaçı tutur. Bu isə Dortmunddakı rekorddan çoxdu. Əgər anşlaq olarsa, hətta 2-2,5 min yer boş qalarsa belə “Roma” ilə matç “Borussiya” – “Real” oyununu arxada qoyacaq.

 

Lakin bu gün daha 7 oyun da keçiriləcək. Bunun üçün də həmin qarşılaşmaların baş tutacağı arenaların tamaşaçı tutumuna nəzər salmaq vacibdi.

 

Oyun qəbul edəcək 8 stadion arasında ən böyük tutum elə Bakıdadı. Dortmundu arxada qoyacağı halda paytaxt stadionunun yeganə rəqibi Madriddəki “Metropolitano” arenası olacaq. Bir neçə gün əvvəl Çempionlar Liqasının 2019-cu ilinin finalı üçün mübarizə aparan bu iki stadionun turumu turun rekordu üçün kifayətdi. Amma Bakıdakı daha böyükdü.

 

Qrupumuzun digər oyunu olan “Atletiko” – “Çelsi”ni qəbul edəcək Madrid arenasında da anşlaq gözlənilir. Çünki yeni stadion ilk dəfə avrokubok matçı qəbul edəcək. 67 min 703 tamaşaçı tutan stadionu da arxada qoymaq üçün Bakı Olimpiya Stadionunda bundan artıq tamaşaçının olması yetərlidi.

 

A qrupu

MOİK (Rusiya) - “Mançester Yunayted” (İngiltərə)

(30000)

“Bazel” (İsveçrə) - “Benfika” (Portuqaliya)

(37500)

 

B qrupu

“Anderlext” (Belçika) - “Seltik” (Şotlandiya)

(28063)

PSJ (Fransa) - “Bavariya” (Almaniya)

(47729)

 

C qrupu

“Qarabağ” (Azərbaycan) - “Roma” (İtaliya)

(68700)

“Atletiko” (İspaniya) - “Çelsi” (İngiltərə)

(67703) 

 

D qrupu

“Yuventus” (İtaliya) - “Olimpiakos” (Yunanıstan)

(41507)

“Sportinq” (Portuqaliya) - “Barselona” (İspaniya)

 (50095)

Mötərizədə arenanın tamaşaçı tutumu qeyd olunub.

 

Qeyd edək ki, ilk turun oyunları daha böyük arenalarda keçirildiyindən II turun rekordu əvvəlki oyunlardan geri qalır. İki həftə öncə 4 matçda 70 mindən artıq tamaşaçı qeydə alınıb ki, Bakı Olimpiya Stadionu üçün bu arenalarda müqayisə olunması mümkünsüzdü. Mövsümün rekordu isə “Barselona” – “Yuventus” görüşünə məxsusdu – 78 min 656 tamaşaçı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR