Bank Of Baku

“Qarabağ” klubu ilə “Olimpiya” arasında keçiriləcək hər iki oyunun tarixi məlum olub

“Qarabağ” klubu ilə “Olimpiya” arasında keçiriləcək hər iki oyunun tarixi məlum olub
# 19 iyun 2018 16:30 (UTC +04:00)

Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la “Olimpiya” arasında keçiriləcək hər iki oyunun tarixi müəyyənləşib. Apasport.az-ın “Olimpiya”nın rəsmi saytına istinadən məlumatına görə, ilk qarşılaşma iyulun 11-də baş tutacaq.

 

Həmin gün “Qarabağ” Lyublyanada Sloveniya çempionunun qonağı olacaq. Görüş yerli vaxtla 20:00-da (Bakı vaxtı ilə 22:00) start götürəcək.

 

Komandalar arasında cavab görüşü isə iyulun 18-də Bakıda oynanılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR