Bank Of Baku

“Qarabağ” növbəti transferi rəsmən açıqlayıb

“Qarabağ” növbəti transferi rəsmən açıqlayıb
# 01 sentyabr 2017 18:25 (UTC +04:00)

Yay “transfer pəncərəsi”nin son günündə “Qarabağ” növbəti transferini həyata keçirib.

 

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Yunanıstanın PAOK klubunda çıxış edən Pedro Enrike bu mövsümü icarə əsasında təmsilçimizin heyətində keçirəcək.

 

27 yaşlı futbolçu həm sol cinah yarımmüdafiəçisi, həm də hücumçu kimi çıxış edir.

 

Qeyd edək ki, daha öncə İsveçrənin “Sürix” klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə Fransanın “Renn” klubundan PAOK-a keçib. Braziliyalı oyunçu Saloniki klubunda 23 oyunda 6 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR