Bank Of Baku

“Qəbələ” Avropa Liqasının təsnifat mərhələsində “Samtredia”nı darmadağın edib

“Qəbələ” Avropa Liqasının təsnifat mərhələsində “Samtredia”nı darmadağın edib
# 30 iyun 2016 21:13 (UTC +04:00)

Bakı-APA. “Qəbələ” futbol komandası 2016/17 Avrokubok mövsümünə start verib.

 

Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” bu gün Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

 

“Qırmızı-qaralar”ın bu dəfə ilk rəqibi Gürcüstan təmsilçisi “Samtredia” olub.

 

“Qəbələ” rəqibini 5:1 hesabı ilə məğlub edib.

 

Komandanın baş məşqçisi Roman Qriqorçuk yetirmələrinin layiqli oyun göstərib, layiqli qələbə qazandıqlarını deyib: “Əla nəticə əldə etdik”.

 

O deyib ki, komandasının bundna sonrakı işi növbəti oyuna hazırlaşmaqdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR