Avropa Liqasının I təsnifat mərhələsinin 40 iştirakçısı bəllidi. Apasport.az saytının məlumatına görə, artıq bu komandalardan bəziləri əmsallarına uyğun səbətlərə bölünüb.
Azərbaycanın yarışdakı təmsilçilərindən ikisi – “Qəbələ” və “İnter”in də püşkatmada yer alacağı səbət məlumdu. Reytinqləri yüksək olan komandalarımız səpələnmişlər sırasında olacaq. Bu da onlara ilk mərhələdə nisbətən zəif rəqib vəd edir.
Avrokubokların debütantı “Zirə”nin hansı səbətdə yer alacağı bəlli deyil. Buna səbəb bəzi ölkələrin təmsilçilərinin dəqiqləşməməyidi. Düzdü, təmsilçisi müəyyənləşməyən bəzi ölkələrin hansı səbətə komanda göndərəcəyi də indidən aydındı.
Ümumilikdə isə bu mərhələdə 102 komanda iştirak edəcək. Onlardan 25-nin səpələnmişlərdən olacağı məlumdu. Lakin yalnız 15 klubun adı dəqiqdi. Digər 10 səpələnənin isə hansı ölkədən olduğu məlumdu.
“Qəbələ” və “İnter”in potensial rəqiblərinin yer aldığı səpələnməmişlər səbətində isə 33 iştirakçının ölkəsi bilinir. Onlardan 19-nun klubu da bəllidi.
Bu klublar əsasən Avropanın zəifləridi ki, onların 1 mərhələ keçməsi də nadir hallarda yaşanır. Burada komandalarımıza tanış olan “Çixura” və “Baltsan” da var ki, onlar təmsilçilərimizə ciddi rəqib deyil.
Yarışın 44 iştirakçısının səbəti isə qeyri-müəyyəndi. Onlardan 6-nın adı da bəllidi ki, “Zirə” də onlardan biridi. Qəsəbə klubunun səpələnmişlər sırasında olmaq ehtimalı daha çox olsa da, bunun rəsmiləşməsi üçün Avropa ölkələrində növbəti turların keçirilməsi lazımdı.
Səpələnmişlər
“Dinamo” (Belarus), HİK (Finlandiya), AİK (İsveç), “Höteborq” (İsveç), “Qəbələ” (Azərbaycan), “Slovan” (Slovakiya), “Aberdin” (Şotlandiya), “İnter” (Azərbaycan), “Ventspils” (Latviya), “Odd” (Norveç), “Kayrat” (Qazaxıstan), “Reykyavik” (İslandiya), “Kalyu” (Estoniya), “Styarnan” (İslandiya), “Hoqesund” (Norveç), həmçinin Danimarka, Kiprdən 2, Serbiya, Avstriya, Xorvatiya, Belarus, Albaniya, Bosniya və Herseqovinadan 1 komanda
Səpələnməmişlər
“Çixura” (Gürcüstan), “Yelqava” (Latviya), SJK (Finlandiya), “Kork Siti” (İrlandiya), B-36 (Farer adaları), “Derri Siti” (İrlandiya), “Vaasa” (Finlandiya), “Valyur” (İslandiya), “Atlantas” (Litva), “Suduva” (Litva), “Torpedo” (Gürcüstan), “Trakai” (Litva), “Bala Taun” (Uels), “Dinamo” (Batumi, Gürcüstan), “Runavik” (Farer adaları), “Baltsan” (Malta), “Konnak” (Uels), “Kolreyn” (Şimali İrlandiya), “Klaksvik” (Farer adaları), Andorra, Cəbəllütariqdən , San-Marinodan 2, Macarıstan, Ermənistan, Albaniya, Latviya, Lüksemburq, Malta, Uels, Kosovodan 1 komanda
Qeyri-müəyyənlər
“Levadiya” (Estoniya), “Ordabası” (Qazaxıstan), “Kruzaders” (Şimali İrlandiya), “İrtış” (Qazaxıstan), “Zirə” (Azərbaycan), “Şemrok Rovers” (İrlandiya), həmçinin Sloveniya, Bolqarıstan, Moldova, Makedoniya, Monreneqrodan 3, Polşa, İsrail, Şotlandiya, Lüksemburq, Serbiya, Ermənistan, Slovakiya, Macarıstan, Bosniya və Herseqovinadan 2, Malta, Albaniya, Lixtenşteyn, Estoniya, Şimali İrlandiyadan 1 komanda