Bank Of Baku

“Roma” – “Liverpul” matçının hakimləri açıqlanıb

“Roma” – “Liverpul” matçının hakimləri açıqlanıb
# 30 aprel 2018 15:55 (UTC +04:00)

Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində keçiriləcək “Roma” – “Liverpul” matçının hakim təyinatları açıqlanıb. Apasport.az-ın UEFA-nın saytına istinadən məlumatına görə, oyun Damir Skominaya tapşırılıb.

 

Sloveniyalı referiyə həmyerliləri Yure Praprotnik və Robert Vukan kömək edəcəklər. Dördüncü hakim Tomaş Klançnik olacaq. Əlavə köməkçi-hakimlərin siyahısı isə belədi: Matey Yuq, Slavko Vinçiç.

 

Qeyd edək ki, “Roma” – “Liverpul” oyunu mayın 2-də Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Komandalar arasında Liverpulda keçirilən ilk görüş ev sahiblərinin 5:2 hesablı qələbəsiylə yekunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR