Bank Of Baku

“Şağan”ın hakimi döyən futbolçusu diskvalifikasiyaya edilib

“Şağan”ın hakimi döyən futbolçusu diskvalifikasiyaya edilib
# 28 fevral 2018 13:23 (UTC +04:00)

AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasında Region Liqasının “Şağan” – “Ümid Masallı” qarşılaşmasında yaşanan qalmaqalın səbəbkarları cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin iki futbolçusu ağır cəzaya məruz qalıb.

 

Qarşılaşmanın 36-cı dəqiqəsində təhqiredici ifadələr işlədən Talıb Cabbarov 3 oyun kənarlaşdırılıb. Həmin epizodda aqressiv davranışla, hakimə qarşı fiziki təzyiq göstərən Namiq Salayevin cəzası daha ağır olub. Hakimi döyən futbolçu 10 matçlıq diskvalifikasiyaya məruz qalıb.

 

İntizam Komitəsi “Şağan” klubuna daxili nizam-intizam qaydalarına riayət etmələri haqqında xəbərdarlıq edib. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu daha ağır cəza gözləyir.

 

Komitə qızlar liqalarında qeydə alınan qeyri-adi hallara da münasibət bildirib. U-13 qızlar Liqasında "Əhmədli Yunayted" "Neftçi" PFK, U-16 qızlar Liqasında "Veqa" "Keşlə" RİOEUGİM-lə görüşdə meydana buraxmağa futbolçu tapmayıb. Heyətində yetərsay olmayan hər iki komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR