Premyer Liqada çıxış edəcək “Səbail” klubu heyətinə daha 2 futbolçu qatıb. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Samir Əliyev məlumat verib.
O bildirib ki, debütant ötən mövsümü “Zirə”də keçirmiş Nurlan Novruzovla anlaşıb. Gənc hücumçu qarşıdakı 1 il ərzində “Səbail”in uğurları üçün çalışacaq.
Digər yeni futbolçu isə Elman Taqayevdi. Türkmənistanlı yarımmüdafiəçi vaxtilə Azərbaycan çempionatında çıxış edib. 2012-ci ildə AZAL-ın formasını geyinmiş Taqayevlə də 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Səbail” buna qədər Vüqar Nadirov, Emin Cəfərquliyev, Kamal Qurbanov, Aqşin Qurbanlı, Orxan Qurbanlı, Təyyar Məmmədov, Yamin Ağakərimzadə, Emin Mehdiyev, Raul Yaqubzadə və Aqşin Muxtaroğlunu heyətinə qatıb.