Bank Of Baku

“Səbail” iki futbolçu ilə müqavilə bağlayıb

“Səbail” iki futbolçu ilə müqavilə bağlayıb
# 05 iyun 2017 12:30 (UTC +04:00)

Futbol üzrə Azərbaycan çempionatının debütantı “Səbail” heyətinə əl gəzdirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, bakılılar 2 futbolçunun transferini açıqlayıblar.

 

Belə ki, “Neftçi”dən ayrılan Kamal Qurbanov və son klubu “Zaqatala” olan Emin Mehtiyev gələn mövsümü “Səbail”in heyətində keçirəcəklər. Hər iki futbolçu yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan 23 yaşlı müdafiəçi Kamal Qurbanov bu klubun əsas komandasında həm Premyer Liqada, həm də avrokuboklarda çıxış edib. Həmçinin Emin Mehtiyev də "Neftçi"nin yetirməsi sayılır. U-17, U-19 və U-21 millilərimizin də şərəfini qorumuş 24 yaşlı yarımmüdafiəçi karyerası ərzində "ağ-qaralar"ın əsas komandasında avrokubok həyacanı yaşayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR