Bank Of Baku

“Sent-Etyen” klubunun futbolçusu: “Bakıda uduzmağa haqqımız yoxdu”

“Sent-Etyen” klubunun futbolçusu: “Bakıda uduzmağa haqqımız yoxdu”
# 01 noyabr 2016 11:56 (UTC +04:00)

“Qəbələ” ilə görüş bizim üçün çox vacibdi. Növbəti mərhələyə doğru addım atmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Fransanın “Sent-Etyen” klubunun futbolçusu Kevin Mone-Pake deyib.

 

28 yaşlı fransalı hücumçu Avropa Liqasının noyabrın 3-də Bakıda “Qəbələ” ilə keçiriləcək görüşü haqda fikirlərini açıqlayıb.

 

Kevin bu matçdakı qələbənin vacibliyini, bunun asanlıqla əldə olunmayacağını bildirib: “Qələbə qazansaq, 1/16 final şanslarımız çox yüksək olacaq. Bakıda uduzmağa haqqımız yoxdu. Avrokubok qarşılaşmaları həmişə çətin olur və öncədən nə isə söyləmək mümkün deyil. Biz “Qəbələ” ilə qarşılaşmanın çətinliyini ilk görüşdə də gördük. Rəqibimiz ilk matçda səfərdə, aparıcı oyunçuları olmadan meydana çıxmışdı. Biz həmin matçda yaxşı oynasaq da, imkanlardan yararlana bilmədik. Cavab oyunu tam fərqli olacaq. “Qəbələ” doğma azarkeşlər önündə daha yaxşı oynamağa çalışacaq. Yəqin ki, zədəli futbolçuları da sıraya dönmüş olacaq. Buna baxmayaraq, biz səfərə qələbə üçün yollanırıq. Ümid edirəm ki, bunu bacaracağıq”.

 

Qeyd edək ki, noyabrın 3-də keçiriləcək “Qəbələ” – “Sent-Etyen” matçı 8-ci km qəsəbə stadionunda baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR