Bank Of Baku

“Uypeşt” – “Neftçi” matçının hakimləri müəyyənləşib

“Uypeşt” – “Neftçi” matçının hakimləri müəyyənləşib
# 29 iyun 2018 09:48 (UTC +04:00)

Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” ilə “Uypeşt” arasında keçiriləcək cavab matçının hakimləri müəyyənləşib. Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, UEFA bu ölkədən olan briqadanı Macarıstandakı qarşılaşmaya göndərəcək.

 

Belə ki, iyulun 19-da baş tutacaq oyunun baş hakimi Anastasios Papapetru olacaq. Ona Vasilius Kampuris və Trifon Petropulos kömək edəcəklər. Görüşün 4-cü hakimi funksiyasını Angelos Evangelos yerinə yetirəcək.

 

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 12-də “Dalğa Arena”da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR