Bank Of Baku

"Barselona" Mahrezi transfer etmək niyyətindədir

"Barselona" Mahrezi transfer etmək niyyətindədir
# 25 mart 2017 08:11 (UTC +04:00)

"Lester"in yarımmüdafiəçisi Riyad Mahrez İspaniyaya köçə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, əlcəzairli futbolçu "Barselona"nın maraq dairəsindədi.


Kataloniya klubu 26 yaşlı oyunçunun keçidi ilə bağlı qarşı tərəflə ilkin danışıqlar da aparıb. "Lester" rəhbərliyi öz növbəsində Mahrezin transferinə razılıq verib. Əvəzində Premyer Liqa çempionu xəzinəsini 40 milyon funt sterlinq məbləğində artırmaq istəyir. Basklar isə transfer məbləğində endirimin olacağına ümidlidir.
 

Qeyd edək ki, Riyad Mahrez "Lester"ə 2014-cü ildə "Le Havr"dan keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR